İQTİSADİYYAT


Qusarda 105 aztəminatlı ailəyə öz bizneslərini yaratmaq üçün zəruri mal və materiallar veriləcək

Özünüməşğulluq proqramı çərçivəsində 2019-cu ildə Qusar rayonunda 60 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu ilin sonuna kimi daha 105 ailə verilmiş aktivlər hesabına əsasən, kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdıracaq.