İQTİSADİYYAT


Biləsuvarlı fermer: Rayonumuzda yun emalı müəssisəsi olarsa, işimiz də asanlaşar

Gəlirli sahə olduğundan Biləsuvarda qoyunçuluq təsərrüfatları ilbəil genişləndirilir. Hazırda rayonda 137 min başdan çox xırdabuynuzlu heyvan saxlanılır.
AZƏRTAC xəbər verir ki, biləsuvarlı fermerlər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini vermək üçün xırdabuynuzlu heyvanların baş sayını artırmaqla yanaşı, damazlıq keyfiyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirirlər.