Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hacıqabul Sənaye Məhəlləsində istehsal olunan orqanik gübrələrin ixracı planlaşdırılır

05.03.2020 [12:14]

Xəbərin mətni

Hacıqabul rayonunda yerləşən sənaye məhəlləsində fəaliyyətə başlayan orqanik gübrələr müəssisəsində 42 növdə gübrə istehsal olunacaq.
AZƏRTAC xəbər verir ki, sənaye məhəlləsində orqanik gübrələrin sınaq müddətində istehsalına başlanılıb. Müəssisə maye, yarpaq və gel gübrələrin istehsalı layihəsi üzrə “Az Agromila” MMC tərəfindən yaradılıb.