Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda cənub-şərq küləyi əsəcək

06.03.2020 [13:30]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14°, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI