Azərbaycan Dövlət İnformasiya Agentliyi

Abşeronda qəsəbələri birləşdirən yol təmir edilir

06.03.2020 [20:23]

İki qəsəbələrarası avtomobil yolunu birləşdirərək keçdiyi ərazidə nəqliyyat axınına müsbət təsir edən yolun yenidən qurulması işləri həyata keçirilir. 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, 2 km uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayi-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yol boyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcək.