Yaxın 2 gün ərzində hava necə olacaq?
11.03.2020 [14:23]
Yaxın 2 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu 14-18 dərəcə təşkil edəcək.