İQTİSADİYYAT


Qəbələ rayonunda 28 kilometrlik avtomobil yolu yenidən qurulur

Prezident İlham Əliyevin tapşırıq və sərəncamları əsasında yol infrastrukturunun yenidən qurulması ilə bağlı cari ildə tərtib edilmiş tədbirlər planına uyğun olaraq, Qəbələ rayonunda uzunluğu 28 kilometr olan yerli əhəmiyyətli Əmirvan-Vəndam avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb. 

Dördüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan Əmirvan-Vəndam yolunun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrinin eni isə 2 metr olacaq. Yenidənqurma işləri zamanı mövcud 3-4 metr enində yol genişləndirilərək 10 metrə çatdırılır.