İQTİSADİYYAT


Biləsuvarlı fermerlər cins damazlıq heyvanların sayının artırılmasına maraq göstərirlər

Ötən il Biləsuvarda fermerlərə süni mayalanmadan əldə olunan cins buzovlara görə dövlət tərəfindən 60 min manata yaxın subsidiya ödənilib.
AZƏRTAC xəbər verir ki, Biləsuvar rayonunda son bir neçə ildə iribuynuzlu cins heyvanların sayı xeyli çoxalıb. Süni mayalanmadan alınan hər buzova görə fermerlərə 100 manat subsidiya verilməsi isə bu sahəyə marağı daha da artırıb. Ötən il rayonda fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən 1381 baş inək və düyə süni yolla mayalandırılıb, bundan hələlik 647 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Buzovlardan 50-yə yaxını əkiz doğulub.