İQTİSADİYYAT


"Kənddən Şəhərə" bayram yarmarkaları davam edir
Onlayn almaq da mümkündür

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 5 məntəqədə "Kənddən Şəhərə" bayram yarmarkaları təşkil olunub. Bunu jurnalistlərə açıqlamasında “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Aqil Quliyev deyib. Bildirib ki, Bakı şəhərində Yasamal, Binəqədi, Nərimanov, Suraxanı rayonunda və Abşeron rayon ərazisində fəaliyyətini davam etdirir. Yarmarkalarda bütün regionlardan olan fermerlər iştirak edir. 200-ə yaxın fermer 60-a yaxın məhsulunu yarmarkalarda satır. Yarmarkalardakı qiymətlər digər satış məntəqələrindəki qiymətlərdən daha münasibdir. Bunda əlavə "Kənddən Şəhərə" mağazaları da Bakı şəhərində Nizami küçəsində və Əhmədli qəsəbəsində fəaliyyətini davam etdirir. Vətəndaşların onlayn qaydada satış imkanları da mövcuddur. Kendden.az saytı vasitəsi ilə istədikləri məhsulları onlayn sifariş edə bilərlər. Yarmarkalarda tibbi-profilaktik tədbirlərə də diqqət yetirilir. Bütün satıcılar tibbi maskalar, əlcəklər və dezinfeksiyaedici vasitələrlə təmin olunub, yarmarkalar hər gün dezinfeksiya olunur.