Zərdabda 7 kilometrlik avtomobil yolu yenidən qurulur
17.03.2020 [21:41]
Zərdab rayonunda 7 kilometr uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci kilometrindən ayrılan Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir, üç kəndin 4 mindən çox əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.