İQTİSADİYYAT


Ölkədaxili sərnişin qatarlarının hərəkəti dayandırılır

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, martın 19-da saat 00:00-dan etibarən Sumqayıt və Abşeron istisna olmaqla, ölkənin bütün şəhər və rayonlarından qatar vasitəsilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna sərnişin daşınması dayandırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, martın 18-də Bakıdan yola düşən ölkədaxili bütün qatarlar gündəlik qrafikə uyğun hərəkət edəcək. Martın 18-i və 19-u bölgələrdən çıxan qatarlar isə geriyə sərnişinsiz qayıdacaq.