İQTİSADİYYAT


Kürdəmirdə 3 kəndi birləşdirən avtomobil yolu yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Bakı-Ələt-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 170-ci kilometrindən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolu 4 minədək əhalinin yaşadığı 3 kəndi əhatə edir. Yolboyu genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçiriləcək. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunacaq. Tikinti işlərinin növbəti mərhələsində isə yolun asfaltlanması işlərinə başlanılacaq.