Azərbaycan Dövlət İnformasiya Agentliyi

Novruz bayramının ilk günündə paytaxtda 12 dərəcə isti olacaq

19.03.2020 [14:17]

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6°, gündüz 9-12° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacağı ehtimal edilir. 

BÖLMƏNİN DİGƏR VİDEOLARI