İQTİSADİYYAT


Astarada arıçılar yaz hazırlıq işləri görürlər

Kənd təsərrüfatının gəlirli sahələrindən olan arıçılıqda bu il yaz qayğıları bir qədər erkən başlayıb. Astaralı arıçılar bir neçə gündür arıxanalarda mövsümi qulluq işləri aparırlar.
AZƏRTAC xəbər verir ki, ölkəmizin ən böyük arıçılıq rayonu olan Astarada arıçılar yaz hazırlıq işləri görürlər. Qış çox sərt keçmədiyindən arıxanalarda demək olar, tələfat qeydə alınmayıb. Bu da o deməkdir ki, bu il arıçılar ötənilkinə nisbətən daha çox bal tədarük edəcəklər. Bunun üçün Astarada hər cür imkan var - əlverişli iqlim, füsunkar təbiət, meşələr, zəngin bitki örtüyü. Bircə qalır səylə işləmək. Rayonda arı ailələrinin sayı 28 mindən çoxdur. Həvəskar arıçılarla birlikdə 1500 arıçı var.