Bu il Azərbaycana 5780 çeşiddə məhsul gətirilib
29.03.2020 [23:49]
Yanvar-fevral aylarında ölkəyə 5780 çeşiddə məhsul idxal olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edək ki, iki ayda Azərbaycanda idxal əməliyyatlarının dəyəri 1 milyard 787 milyon ABŞ dolları olub.