Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsi yenidən qurulub
30.03.2020 [21:09]
Qəsəbələrarası avtomobil yolunu birləşdirərək nəqliyyat axınına müsbət təsir edən Abşeron rayonu, Mehdiabad qəsəbəsinin Qara Qarayev küçəsinin yenidən qurulması işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, 2 kilometr uzunluğa malik Qara Qarayev küçəsi Mehdiabad-Fatmayı-Goradil və Binəqədi-Novxanı avtomobil yollarını birləşdirərək, həm yolboyu yaşayan vətəndaşların, həm də bu yoldan istifadə edənlərin əlavə məsafə qət etmədən rahat və təhlükəsiz gediş-gəlişini təmin edir.