CƏMİYYƏT


Qubanın Qırız kəndinə 10, Xınalığa isə 2 santimetr qar yağıb

Martın 30-u axşam saatlarından başlayaraq şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə Qubanın Qırız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız kəndində qarın hündürlüyü 10 santimetrə, Xınalıqda isə 2 santimetrə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək aşağı enib.

Embed code:

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır