İQTİSADİYYAT


Bərdədə əkinlərin su təminatının yaxşılaşdırılması üçün kanallar beton üzlüyə alınır

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Rayonun əkin sahələri mənbəyini Yuxarı Qarabağ kanalından götürən 1366,8 kilometr suvarma kanalı, Kür və Tərtər çayları üzərində qurulmuş 13 nasos stansiyası, yerli qaynama suları və subartezian quyuları vasitəsilə suvarılır. Rayonda 2020-ci ilin məhsulu üçün əkilmiş taxıl, yonca və digər bitkilərin suvarılması həyata keçirilib, pambıq əkiləcək sahələrdə arat işləri aparılıb.