İQTİSADİYYAT


Yevlaxda 8 km uzunluğa malik avtomobil yolu yenidən qurulur

Yevlax rayonu ərazisində Xaldan-Ərəş-Meyvəli marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yolu yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, başlanğıcını Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 3-cü kilometrindən götürən Yevlax rayonunun 8 kilometrlik Xaldan-Ərəş-Meyvəli kəndlərarası avtomobil yolu IV texniki dərəcəyə uyğun inşa edilir.