CƏMİYYƏT


Azərbaycan XİN həkimlərə dəstək videoçarxı hazırlayıb

Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən bütün istiqamətlərdə hərtərəfli tədbirlər həyata keçirilir. Azərbaycan həkimlərinə mənəvi dəstək kampaniyasına qoşularaq, Azərbaycan Hökumətinə və bütün səhiyyə işçilərinə bu çətin mübarizədə göstərdikləri qəhramanlıq ilə bağlı təşəkkürünü və onlarla həmrəyliyini bildirmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi video-çarx hazırlayıb. AR XİN-i bu video-çarxın hazırlanmasında göstərdiyi yardıma görə Azərbaycan Televiziyasına təşəkkürünü bildirir.