CƏMİYYƏT


Xaçmazda xüsusi karantin rejiminin tələblərini pozan 10 obyekt sahibi məsuliyyətə cəlb olunub

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, RPŞ-nin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilən xüsusi rejimin qaydalarına riayət olunmasına nəzarət edirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri onlara zərurət olmadan çölə çıxmamalarının, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyini bildiriblər.