İQTİSADİYYAT


Saatlıda 14 hektardan çox ərazidə salınan Göycə alçası bağı damcılı suvarma ilə becəriləcək

Saatlıda ilk dəfə olaraq geniş ərazidə məşhur Göycə alçası bağı salınıb. Alça tingləri müasir suvarma sistemi ilə suvarılacaq.
AZƏRTAC xəbər verir ki, məşHur Göycə alçası artıq Saatlı rayonunda da yetişdiriləcək. Bağ üçün rayonun Qaralar kəndində 14 hektardan çox ərazi ayrılıb. Tinglər əkilib və hazırda aqrotexniki tədbirlər yerinə yetirilir.