CƏMİYYƏT


Tovuzda bir şəhər və dörd kəndi əhatə edən yollar yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Tovuz rayonunda bir şəhər və dörd kəndi əhatə edən ümumi uzunluğu 36 kilometr olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə dava etdirilir. Bu, M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 kilometr olan Əyyublu kəndinin, 4,4 kilometr uzunluğunda Aran kəndinin, 7,6 kilometrlik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 kilometr olan Aşağı Quşçu və 2 kilometr olan Koxanəbi kəndlərinin avtomobil yollarıdır. Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır