Azərbaycan Dövlət İnformasiya Agentliyi

Samuxda 39,5 kilometrlik yol yenidən qurulur

09.04.2020 [13:46]

Xəbərin mətni

Kəndlərarası yolların yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Samux rayonunda uzunluğu 39,5 kilometr olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, bu, 28,1 kilometr uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və həmin yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4,6 kilometr, Qarabağlı yolunun uzunluğu 2,8 kilometr, Salahlı yolunun uzunluğu isə 4 kilometr təşkil edir.