İQTİSADİYYAT


Bakı Baş Gömrük İdarəsinin əməkdaşları aztəminatlı ailələrə yardım ediblər

Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində həyəta keçirilən zəruri və təxirəsalınmaz tədbirlərin uğurla reallaşdırılmasında Dövlət Gömrük Komitəsi (DGK) də bütün səylərini səfərbər edib. Eyni zamanda, komitənin strukturundakı qurumlar tərəfindən aztəminatlı ailələrə və yaşı 65-dən yuxarı olan şəxslərə yardımlar edilir.