Sabirabadda ilk dəfə Çin texnolgiyası ilə pambıq səpininə start verilib
13.04.2020 [12:59]
Xəbərin mətni
Sabirabadda ilk dəfə Çin texnologiyası əsasında pambıq səpininə başlanılıb. Bu texnologiya ilə aparılan səpin zamanı xüsusi aqreqatdan istifadə edilir.
AZƏRTAC xəbər verir ki, Zəngənə kəndindən olan fermer Əfras Əsgərovun sözlərinə görə, havaların əlverişli keçməsi səpin aparmaq üçün şərait yaradıb. Elə bu məqsədlə fermerlər sahələrə çıxıblar. Xüsusi karantin rejimi dövründə onların kənd daxilində təsərrüfat işləri ilə məşğul olmaları üçün hərəkətləri sərbəstdir.