“Azərsu” yeni xidmət istifadəyə verib
13.04.2020 [15:44]
Xəbərin mətni
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti mexaniki sayğacların göstəricilərinin elektron qaydada təqdim edilməsi xidmətini istifadəyə verib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” tərəfindən zəruri tədbirlərin icrası davam etdirilir. Məlum olduğu kimi, “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək məqsədilə mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb.