İQTİSADİYYAT


Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb

Gömrükçülər ölkəmizə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatının realizə edilməsinin qarşısını alıb. Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə bir qrup şəxsin qanunsuz yolla ölkə ərazisinə gətirdiyi tütün məmulatının satışının təşkil edilməsi barədə məlumat daxil olub. Həmin məlumat əsasında, "Mercedes-Benz E 220 CDI" markalı avtomobil Bakı şəhəri, Qaradağ rayonu ərazisində saxlanılıb. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin salonunda 2 ədəd, yük yerində isə 3 ədəd qutuda aksiz markasız siqaretlərin olduğu müəyyən edilib.