Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beyləqanlı fermerlər payızlıq soğan yığımına başlayıblar

14.04.2020 [13:35]

Xəbərin mətni

Beyləqanlı fermerlər payızlıq soğan yığımına başlayıblar. Sahələrə vaxtında göstərilən qulluq nəticəsində bol məhsul yetişib.
AZƏRTAC xəbər verir ki, rayonun Türklər kəndində soğan əkini ilə məşğul olan fermerlər ölkəmizdə tətbiq olunan karantin rejimi qaydalarına əməl edərək, məhsul toplayırlar.