İQTİSADİYYAT


Aprel-may aylarında elektrik enerjisi sərfiyyatı artırılmış limitlə hesablanacaq

Bu barədə "Azərişıq" ASC-nin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov deyib.
O bildirib ki, Nazirlər Kabinetinin Qərarına əsasən, "Azərişıq" ASC-də elektrik enerjisi sərfiyyatına görə limitlər 300 kilovat/saatdan 400 kilovat/saat artırılıb. Buna səbəb əhalinin evdə qalması ilə bağlı elektrik enerjisindən istifadənin çoxalmasıdır. Artıq qanuna uyğun şəkildə sistemlər tənzimlənib.