İQTİSADİYYAT


Paytaxtın küçə və yollarında təmir işləri aparılıb

Paytaxtın küçə və yollarında 60 min kvadratmetr sahədə təmir işləri aparılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, rahat gediş-gəlişin təmin edilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, AAYDA tərəfindən Bakı şəhərinin küçə və yollarında orta təmir işləri aparılıb. Təmir işləri uzun müddət istismar nəticəsində yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmiş Yasamal rayonu, Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələri, Bakı Dairəvi-1 avtomobil yolunun əsas və köməkçi hissələrində, Ziya Bünyadov və Qara Qarayev prospektləri, həmçinin Binəqədi-Novxanı və Masazır –Novxanı avtomobil yollarında görülüb.