İQTİSADİYYAT


Şəmkir kartofu Rusiya və Ukrayna bazarlarına çıxarılır

Şəmkirli fermerlər istixana şəraitində becərdikləri kartofun yığımını həyata keçirirlər. Əvvəlki illərdən fərqli olaraq bu il “ikinci çörək” yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac edilir. Alıcı tələbatı isə kənd sakinlərinin ürəyincədir.
AZƏRTAC xəbər verir ki, Sabirkənddən olan fermerlər məhsulu təbii üsulla, hər hansı istilik qurğusu və ya soba olmadan sadəcə örtük altında becəriblər. Rayonun əksər istixana təsərrüfatı da bu kəndin payına düşür. Yığdıqları məhsulun həm keyfiyyəti, həm də məhsuldarlığı fermerləri qane edir.