CƏMİYYƏT


Avtomobil yollarında gücləndirilmiş nəzarət davam edir

Bugündən ölkə ərazisində xüsusi karantin rejimi mayın 4-dək uzadılıb. Avtomobil yollarında gücləndirilmiş nəzarət davam edir. Polis əməkdaşları tərəfindən sürücü və sərnişinlərin icazə sənədləri və ya SMS icazələri yoxlanılır. Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 19-u saat 00:00-dan aprelin 20-si saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.