İQTİSADİYYAT


Qazaxıstan və Rusiyaya çiyələk ixrac olunur, perspektivdə ərəb ölkələri də var - Cəlilabaddan REPORTAJ

Bir neçə gündür ki, Cəlilabadda çiyələk yığımına start verilib. Xüsusi karantin rejimi dövründə izolyasiya tədbirlərinə riayət edən təsərrüfat sahiblərinin toplanılan məhsulu yerli bazarla yanaşı, xaricə də çıxarmaq imkanları var.
AZƏRTAC xəbər verir ki, bu il havaların əlverişli keçməsi məhsuldarlığa da müsbət təsir göstərib. Fermerlərin sözlərinə görə, əvvəllər becərilən çiyələyin dadı bəyənilmədiyindən 5-6 ildir ki, xaricdən yeni sortlar gətirərək əkirlər. Yeni sortlar bu torpaqlarda normal məhsul verir.