İQTİSADİYYAT


Beyləqanda yüksək keyfiyyətli hibrid qarğıdalı səpini aparılır

Beyləqanda Türkiyədən gətirilən hibrid qarğıdalı əkini aparılır. 140 hektar ərazini əhatə edən sahənin 100 hektarı dən, 40 hektarı isə silos üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin Beyləqan təsərrüfatında xaricdən gətirilən yüksək keyfiyyətli hibrid qarğıdalı səpininə start verilib.