İQTİSADİYYAT


Ölkəmizə daxil olan yük qatarları dezinfeksiya edilir - Böyük Kəsik dəmir yolu stansiyasından REPORTAJ

COVİD-19 pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilən karantin rejimi ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan sahələrdən biri də dəmir yolu sahəsidir. Gürcüstandan daxil olan qatarlar ilk olaraq Böyük Kəsik stansiyasında qəbul edilir. Bu zaman qatarlar dezinfeksiya edilir, lazımi təhlükəsizlik tədbirləri həyata keçirilir, sonra həmin qatarlar ölkə ərazisinə buraxılır.