Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sabunçu rayonunda uzunluğu 20 kilometr olan küçə və yol təmir edilib

24.04.2020 [22:54]

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 20 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 110 min kvadratmetrdən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.