CƏMİYYƏT


“ASAN xidmət”də işi uzandığı üçün icazə limiti bitənlərə arayış veriləcək

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, müxtəlif səbəblərdən vətəndaşların “ASAN xidmət” mərkəzlərində işləri uzana bilər. Bu zaman mobil tətbiqin özündə arayış tətbiq ediləcək.