İQTİSADİYYAT


Pandemiyanın Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyanın məbləği 120-150 milyon manatdır

Koronavirus pandemiyası ölkə iqtisadiyyatına böyük məbləğdə ziyan vurur. Bu rəqəmləri tam müfəssəl formada hesablamaq çətindir. Gündəlik itkilər təqribən 120-150 milyon manatdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 25-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.