İQTİSADİYYAT


Xəzər rayonunda 34,4 kilometr yol təmir edilir

Xəzər rayonunda ötən üç ayda 18 kilometr yol təmir edilib, daha 34,4 kilometr yolun isə təmiri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində ümumi uzunluğu 18 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə, təmir işlərinin əhatə etdiyi sahə 100 min kvadratmetrdən çoxdur. Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılıb.