Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saatlıda ilk dəfə soya bitkisi əkilib

27.04.2020 [14:50]

Xəbərin mətni

Saatlı rayonunda ilk dəfə soya bitkisi əkilib. On dörd hektar ərazidən dörd aydan sonra məhsul götürüləcək.
AZƏRTAC xəbər verir ki, rayonda xüsusi karantin rejiminin qaydalarına riayət olunmaqla, yaz-tarla işləri davam edir. Saatlılı fermerlər hər gün sahələrə çıxır və əkin işləri ilə məşğuldurlar.
Rayonda ilk dəfə əkilən soya sahəsində torpaq öncədən şumlanıb, sonra isə suvarılıb. Torpağın yumşaldılması üçün mala işləri də yerinə yetirilib.