CƏMİYYƏT


Xüsusi karantin rejimi ilə əlaqədar Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları profilaktik tədbir keçiriblər

Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalara əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərdə əhali arasında profilaktik tədbir keçiriblər. Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər və avtobuslar saxlanılaraq sərnişinlərlə profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.