Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ötən gün karantin qaydalarını pozan 967 sürücü cərimələnib

28.04.2020 [11:07]

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ötən gün ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, aprelin 27-si saat 00:00-dan aprelin 28-i saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 967 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.