SİYASƏT


ÜST-ün baş direktoru: Azərbaycan Prezidentinin COVİD-19 ilə mübarizədə güclü səylərinə görə təşəkkür edirəm

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Qebreyesus Azərbaycanın COVİD-19 pandemiyası ilə həm qlobal, həm də regional mübarizəyə töhfəsindən danışıb.
Təşkilatın keçirdiyi mətbuat konfransında o bildirib ki, epidemiyanın ikinci dalğasının yaranmaması üçün milli, regional və qlobal səviyyədə bu məsələyə diqqət önəmlidir.
Azərbaycanla bağlı deyə bilərəm ki, bu yaxınlarda Azərbaycanın təşəbbüsü ilə regional ölkələr toplanaraq virusla mübarizəni müzakirə etdilər. Mən də bu toplantıda iştirak etdim. Bu çox vacibdir. Azərbaycan həmçinin qlobal səviyyədə bu mübarizəyə 5 milyon dollar ayırıb. Mən Azərbaycan Prezidentinin milli, regional və qlobal səviyyədə bu mübarizədəki güclü səylərini görürəm. İmkandan istifadə edərək cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bütün bu üç səviyyədə səyləri birləşdirir, dəstək verir.