Tərtərdə 10 cəbhəyanı kəndi birləşdirən avtomobil yolu yenidən qurulur
29.04.2020 [11:38]
Xəbərin mətni
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur. Bu, IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 33,5 kilometr olan yerli əhəmiyyətli Səhləbad-Əskipara-Qaraağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yoludur.