İQTİSADİYYAT


Sumqayıtda 21,4 kilometrlik küçə və yollar təmir edilir

Sumqayıt şəhərinin Corat, Hacı Zeynalabdin Tağıyev qəsəbələrində, 21-ci mikrorayon ərazisində, həmçinin “Yaşıl Dərə”, “Qurd Dərəsi”, “Xəzər Bağları” yaşayış massivlərində və 5 məhəllədə ümumi uzunluğu 21,4 kilometr olan küçə və yolların təmirinin həyata keçirilməsi nəzərdə tutulub ki, artıq bu istiqamətdə işlərə başlanılıb.