CƏMİYYƏT


Karantini pozan daha 839 sürücü cərimələnib

Baş Dövlət Yol Polisi İdarəsi respublikanın avtomobil yollarında xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.
İdarədən AZƏRTAC-a bildiriblər ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 29-u saat 00:00-dan aprelin 30-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 839 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunub.