İQTİSADİYYAT


Binəqədi rayonunda 3 ayda 30 km yol təmir olunub

Üç ayda Binəqədi rayonunda 30 kilometr yol təmir olunub, daha 16,1 kilometr yolun təmiri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilib. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kvadratmetrə yaxındır.