İQTİSADİYYAT


Rusiya bazarlarına qısa müddətdə 2500 tona yaxın Cəlilabad kartofu çıxarılıb

Yaz fəslinin gəlməsi ilə bazara nübar məhsullar da çıxarılmağa başlanılır. Bir neçə gündür ki, Cəlilabadda qış fəslində örtük altında becərilən kartofun kütləvi yığımına start verilib. Qısa vaxtda 2500 tona yaxın yerli məhsul Rusiya bazarlarına göndərilib.
AZƏRTAC xəbər verir ki, bu il Cəlilabadda yazlıq məhsul üçün 5300 hektara yaxın sahədə kartof əkilib. Bunun 500 hektara yaxını örtük altında becərilən kartof sahələridir.