İQTİSADİYYAT


Şəmkirdə istixanalarda becərilən pomidor Rusiya bazarlarına ixrac edilir

Xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı prioritet məsələlərdən biridir. Buna görə də fermerlərin becərdikləri məhsulların karantin rejimi dövründə bazarlara çıxarılmasında hər hansı bir məhdudiyyət yoxdur.
AZƏRTAC xəbər verir ki, Şəmkirdən gündəlik olaraq istər ölkə, istərsə də xarici bazarlara müxtəlif tərəvəz məhsulları, o cümlədən pomidor göndərilir. Fermer Elmir Hüseynov bildirib ki, istixanada çalışan işçilərin gündəlik iş yerlərinə gəlməsində çətinlik yoxdur.